Bank Of Baku

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,3%, Nasdaq isə 0,03% enib

Dow Jones indeksi 0,2% yüksəlib, S&P 500 0,3%, Nasdaq isə 0,03% enib
# 08 iyun 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8763,13 bəndədək yüksəlib, S&P 500 0,3% - 940,09 bəndədək, Nasdaq isə 0,03% - 1849,42 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarının investorları tərəfindən ölkədə işsizliyin artması mənfi qarşılanıb. Belə ki, ABŞ-ın Əmək Nazirliyi bəyan edib ki, işsizlik may ayında 0,5 faiz bəndi artaraq 9,4%-ə çatıb. Nəticədə, «JPMorgan» və «Wells Fargo»nun səhmləri 1,5%, «Bank Of America»nın səhmləri 0,1%, «Citigroup»un səhmləri 3,1% ucuzlaşıb.

Avropa fond bazarlarında iyunun 5-də FTSE 100 indeksi 1,2% - 4438,56 bəndədək, Fransa CAC-40-ı 0,8% - 3339,05 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5077,03 bəndədək yüksəlib. İyunun 5-də Avropanın fond bazarlarına kotirovkaların dəyişməsi korporativ xəbərlərin təsiri altında baş verib ki, nəticədə, məsələn, iri sement istehsalçısı «Lafarge» şirkətinin səhmləri 2,9%, kimya maddələrinin istehsalçısı «Syngenta» şirkətinin səhmləri 3,4% bahalaşıb, günəş batareyaları istehsalında aparıcı şirkətlərdən biri olan «Renewable Energy»nin səhmləri 7% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3969 dollar (-1,65%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR