Bank Of Baku

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,4% enib

Dow Jones indeksi 0,02% yüksəlib, S&P 500 0,1%, Nasdaq isə 0,4% enib
# 09 iyun 2009 07:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 8764 bəndədək yüksəlib, S&P 500 0,1% - 939,14 bəndədək, Nasdaq isə 0,4% - 1842 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında nəzərə çarpan dərəcədə kotirovkaların enməsi müşahidə olunurdu, lakin bir neçə bəyanatdan sonra tendensiya dəyişib. Belə ki, iqtisadiyyat üzrə Nobel laureatı Pol Kruqmanın iqtisadi geriləmənin cari ilin sentyabrında sona çatacağı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının dünyanın iri iqtisadiyyatlarının geriləmədən çıxmağa yaxın olması barədə bəyanatlar fond bazarının investorlarına müsbət təsir edib. Nəticədə, «Citigroup»un səhmləri 1,2%, «Apple»in səhmləri 0,6% ucuzlaşıb, «Wells Fargo»nun səhmləri 2,7%, «JPMorgan»ın səhmləri 2,4% bahalaşıb.

Avropa fond bazarlarında iyunun 8-də FTSE 100 indeksi 0,8% - 4405,22 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3289,66 bəndədək, Almaniya DAX-ı isə 1,4% - 5004,72 bəndədək enib. Dünyanın ən iri dağ-mədən şirkətləri olan «Anglo American»ın səhmləri 3,8%, «BHP Billiton»un səhmləri 3,1%, «Rio Tinto»nun səhmləri 1,9%, həmçinin «Air France»ın səhmləri 3,2%, «British Airways»ın səhmləri 3,4%, dünyanın ən iri səsyazma şirkəti olan «Vivendi»nin səhmləri 3,7% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3924 dollar (-0,32%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR