Bank Of Baku

Bu gün BFB-da 10304122S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10304122S seriyalı 7 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 09 iyun 2009 13:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304122S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 13,762 mln. manat təşkil edib. Sifarişlər 98,77% (gəlirlik 2,50%) – 98,28% (gəlirlik 3,51%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,41% (gəlirlik 3,24%), orta ölçülmüş qiyməti isə 98,43% (gəlirlik 3,20%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 7 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin dekabrın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR