Bank Of Baku

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,4%, Nasdaq isə 1% yüksəlib

Dow Jones indeksi 0,02% enib, S&P 500 0,4%, Nasdaq isə 1% yüksəlib
# 10 iyun 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 8763 bəndədək enib, S&P 500 0,4% - 942,43 bəndədək, Nasdaq isə 1% - 1860 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında ticarətin gedişinə təsir edə biləcək hər hansı ciddi amilin olmadığından kotirovkaların nəzərə çarpan dərəcədə dəyişməsi müşahidə olunmayıb. İyunun 9-da «JPMorgan»ın səhmləri 0,4%, «Morgan Stanley»nin səhmləri 1,3%, «US Bancorp»un səhmləri 0,9%, «Procter&Gamble»in səhmləri 1,3% ucuzlaşıb, «General Electric»in səhmləri 0,1%, «Nokia»nın səhmləri 3,8%, ABŞ-ın yüksək texnologiyalar sahəsində aparıcı şirkətlərindən biri olan «Texas Instruments»in səhmləri 6,3% bahalaşıb.

Avropa fond bazarlarında iyunun 9-da FTSE 100 indeksi 0,01% - 4404,79 bəndədək enib, Fransa CAC-40-ı 0,2% - 3296,73 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,14% - 4997,86 bəndədək enib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4071 dollar (+1,06%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR