Bank Of Baku

Neftin qiyməti 71 dolları keçib

Neftin qiyməti 71 dolları keçib
# 11 iyun 2009 06:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,32 dollar və ya 1,9% artaraq 1 barelə görə 71,33 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 10-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,18 dollar artaraq 70,80 dollar təşkil edib.

Beləliklə, neft bazarının iştirakçıları arasında dünyada neftə olan tələbatın artması barədə nikbinlik artıq tendensiya xarakteri almağa başlayıb. Nikbinliyə həmçinin ABŞ-da neft ehtiyatları barədə statistika da dəstək olub. Belə ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, ölkədə neft ehtiyatları ötən həftə 4,4 mln. barel azalıb ki, bu da idxalın azalması və benzinə olan tələbatın artması ilə bağlıdır. Analitiklər ABŞ-da neft ehtiyatlarının 800 min barel artacağını proqnozlaşdırırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR