Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq isə 0,3% enib
# 11 iyun 2009 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8739 bəndədək, S&P 500 0,3% - 939,15 bəndədək, Nasdaq isə 0,3% - 1853 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ fond bazarına əsasən iki amil mənfi təsir göstərib. Belə ki, 10 illik xəzinə istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracın yekunlarına görə, gəlirlik ötən ilin oktyabrından ən yüksək səviyyəyə çatıb ki, bu da kreditlər üzrə faiz dərəcələrinin artmasına və ümumilikdə, iqtisadiyyatın geriləmədən çıxmasını ləngidə bilər. Bundan başqa, Maliyyə Nazirliyi bəyan edib ki, may ayında dövlət büdcəsinin kəsiri 189,65 mlrd. dollar təşkil edib və nəticədə, oktyabrda başlanan maliyyə ilinin 8 ayı ərzində kəsir 991,95 mlrd. dollara çatıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə ABŞ-ın büdcə kəsiri 314,4 mlrd. dollar olub.

Avropa fond bazarlarında iyunun 10-da FTSE 100 indeksi 0,7% - 4436,75 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3315,27 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5051,18 bəndədək yüksəlib. Neftin bahalaşmasından sonra neft və dağ-mədən şirkətlərinin kotirovkaları da müəyyən dərəcədə artıb. Belə ki, BP-nin səhmləri 0,6%, «Royal Dutch Shell»in səhmləri 0,8%, «Total»in səhmləri 0,8%, «Anglo American»ın səhmləri 1,3%, «BHP Billiton»un səhmləri 2,6%, «Rio Tinto»nun səhmləri 6,6%, «Xstrata»nın səhmləri 6,9% bahalaşıb. Bundan başqa, bankların da kotirovkaları yüksəlib. Məsələn, HSBC-nin səhmləri 3,5%, «Banco Santander»in səhmləri 2,6%, UBS-in səhmləri 4,8%, «Credit Suisse» və «BNP Paribas»ın səhmləri 1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4002 dollar (-0,49%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR