Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib
# 11 iyun 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,1047 bənd və ya 11,7% artaraq 2009-cu ilin iyun ayının 11-nə 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,2% azalaraq 0,9998 təşkil edib.

İyunun 10-da 4 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manatlıq yeni emissiya yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması dəyişməyib və yeni buraxılışın cari qiymətinin dövriyyədən çıxarılan notların qiymətindən nisbətən aşağı olması ACBDI indeksinin bir qədər düşməsinə səbəb olub.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR