Bank Of Baku

Neftin qiyməti 73 dollara çatıb

Neftin qiyməti 73 dollara çatıb
# 12 iyun 2009 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,35 dollar və ya 1,9% artaraq 1 barelə görə 72,68 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 11-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,99 dollar artaraq 71,79 dollar təşkil edib.

ABŞ və Avropa fond bazarlarında indekslərin artım tendensiyasının bərpası ilə yanaşı Beynəlxalq Enerji Agentliyinin neftə olan tələbat üzrə proqnozun artırılması neft bazarına müsbət təsir göstərib. Belə ki, Agentlik cari ildə neftə olan gündəlik tələbatı 83,3 mln. barel səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 120 min barel artıqdır. Artırma səbəb olan amillər kimi dünya iqtisadiyyatının bərpasının başlaması, ABŞ və Çin tərəfindən istehlak və ehtiyat məqsədləri üçün tələbatın artması qeyd olunur. Eyni zamanda, ötən illə müqayisədə dünyada neftin istehlak səviyyəsinin 2,9% azalacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR