Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,5% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,6%, Nasdaq isə 0,5% yüksəlib
# 12 iyun 2009 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 8771 bəndədək, S&P 500 0,6% - 944,89 bəndədək, Nasdaq isə 0,5% - 1862 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına makroiqtisadi məlumatlar təsir edib. Belə ki, may ayında ölkədə pərakəndə satışların həcmi əvvəlki ayla müqayisədə 0,5% artaraq 340 mlrd. dollar təşkil edib. Eyni zamanda ötən həftə ərzində işsizlik üzrə müraciətlərin sayı 24 min azalaraq 601 minə çatıb ki, bu da analitiklər tərəfindən proqnozlaşdırılan göstəricidən 4% çox olub.

Dünya iqtisadiyyatının geriləmə səviyyəsinin ən aşağı həddini keçib artmağa doğru istiqamətlənməsinin başlanmasına dair fikirlər Avropa fond bazarlarında iyunun 11-də kotirovkaların yüksəlməsinə səbəb olub. Belə ki, FTSE 100 indeksi 0,6% - 4461,87 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3334,94 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5107,26 bəndədək yüksəlib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4097 dollar (+0,68%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR