Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 16 iyun 2009 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,42 dollar və ya 2% azalaraq 1 barelə görə 70,62 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 15-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,48 dollar azalaraq 69,77 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb kimi dünya bazarlarında dolların möhkəmlənməsini qeyd etmək lazımdır. Belə ki, iyunun 15-də avronun dollara qarşı məzənnəsi 1,45% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR