Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,4%, Nasdaq isə 2,3% enib

Dow Jones indeksi 2,1%, S&P 500 2,4%, Nasdaq isə 2,3% enib
# 16 iyun 2009 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 15-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 8612 bəndədək, S&P 500 2,4% - 923,72 bəndədək, Nasdaq isə 2,3% - 1816 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi əsasən mənfi makroiqtisadi göstəricilər səbəbindən baş verib. Belə ki, iyun ayında istehsal indeksi mənfi 4,55 bənddən mənfi 9,41 bəndədək enib. Bundan başqa, Milli Evtikmə Şirkətləri Assosiasiyasının məlumatına görə, ABŞ-ın mənzil bazarında fəallıq indeksi 15 bəndə bərabər olub ki, bu da o deməkdir ki, yalnız hər altı şirkətdən biri bazar şəraitini müsbət qiymətləndirir.

Avropa fond bazarlarında iyunun 15-də FTSE 100 indeksi 2,6% - 4326,01 bəndədək, Fransa CAC-40-ı 3,2% - 3219,58 bəndədək, Almaniya DAX-ı isə 3,5% - 4889,94 bəndədək enib. Avropa bazarlarına isə korporativ xəbərlər və neftin ucuzlaşması amilləri mənfi təsir göstərib. Nəticədə, dünyanın ən iri dağ-mədən şirkətləri olan «BHP Billiton» və «Rio Tinto»nun səhmləri 6,9%, «Royal Dutch Shell» neft şirkətinin səhmləri isə 4,2% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3772 dollar (-1,45%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR