Bank Of Baku

Bu gün BFB-da 10104222S seriyalı 10 017,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10104222S seriyalı 10 017,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 16 iyun 2009 15:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10104222S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 10 017 800 manat təşkil edib. Sifarişlər 98,78% (gəlirlik 2,30%) – 97,76% (gəlirlik 2,51%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,76% (gəlirlik 2,51%), orta ölçülmüş qiyməti isə 99,77% (gəlirlik 2,40%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 017,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyulun 21-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR