Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 17 iyun 2009 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 16-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,15 dollar və ya 0,2% azalaraq 1 barelə görə 70,47 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 16-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 70,29 dollar təşkil edib.

Qeyd edək ki, neftin Nyu-York birjasında ucuzlaşması Amerika Neft İnstitutunun ölkədə neft ehtiyatlarının azalması barədə xəbərləri fonunda baş verib. Belə ki, APİ-nin məlumatına görə, ötən həftə ABŞ-da xam neft ehtiyatları 1,262 mln. barel azalıb, benzin ehtiyatları 2,14 mln. barel, mazut və dizel yanacağı isə 881 min barel artıb. Adətən, neft ehtiyatlarının azalması qiymətlərin yüksəlməsinə səbəb olur, lakin bu dəfə əksinə olub. Bunu da iyunun 16-da Amerika fond bazarında baş verən indekslərin enməsi ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR