Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 1,1% enib

Dow Jones indeksi 1,2%, S&P 500 1,3%, Nasdaq isə 1,1% enib
# 17 iyun 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 8505 bəndədək, S&P 500 1,3% - 911,97 bəndədək, Nasdaq isə 1,1% - 1796 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına makroiqtisadi göstəricilər təsir edib. Belə ki, istehsalçıların qiymətlər indeksinin mayda 0,2%, yeni mənzillərin tikintisinin 17,2% artması investorlar tərəfindən müsbət, sənaye istehsalında 1,1%-lik həcm azalması və istehsal gücünün istifadə indeksinin 68,3%-dək enməsi isə mənfi qarşılanıb. Nəticədə, «Ford Motor»un səhmləri 4,4%, «Wells Fargo»nun səhmləri 1,3%, «JPMorgan»ın səhmləri 1,5%, «İntel»in səhmləri isə 0,8% ucuzlaşıb.

Avropa fond bazarlarında iyunun 16-da FTSE 100 indeksi 0,1% - 4328,57 bəndədək yüksəlib, Fransa CAC-40-ı 0,2% - 3213,95 bəndədək enib, Almaniya DAX-ı isə 0,02% - 4890,72 bəndədək yüksəlib. Avropa bazarlarında UBS-in səhmləri 4%, «BNP Paribas»ın səhmləri 2,3%, «Societe Generale»in səhmləri 3,3%, «UniCredit»in səhmləri 2,4%, «Nordea Bank»ın səhmləri 0,6% ucuzlaşıb.

Eyni zamanda, telekommunikasiya və əczaçılıq sektorunda kotirovkaların yüksəlməsi müşahidə olunub. Belə ki, «BT Group»un səhmləri 8%, «Vodafone»un səhmləri 1,6%, «GlaxoSmithKline»in səhmləri 0,7%, «Sanofi-Aventis»in səhmləri 1,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3838 dollar (+0,48%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR