Bank Of Baku

AGBI indeksi 1,0724, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0724, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 17 iyun 2009 07:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0718 bənd və ya 7,18% artaraq 2009-cu ilin iyun ayının 17-nə 1,0724 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0001 bənd və ya 0,1% azalaraq 1,0000 təşkil edib.

İyunun 16-da 10 017 800 manat həcmində dövlət qısamüddətli istiqrazların buraxılışı yerləşdirilib ki, bu da AGBI indeksinin artmasında əksini tapıb. ACBDI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR