Bank Of Baku

Neftin yenidən bahalaşır

Neftin yenidən bahalaşır
# 18 iyun 2009 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,56 dollar və ya 0,8% artaraq 1 barelə görə 71,03 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 17-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,61 dollar artaraq 70,85 dollar təşkil edib.

Neftin qiymətinin artması ABŞ-da neft ehtiyatlarının azalması barədə rəsmi məlumatın açıqlanmasından sonra baş verib. Belə ki, ölkənin Energetika Nazirliyi bəyan edib ki, ötən həftə xam neft ehtiyatları 3,9 mln. barel azalaraq 357,7 mln. barelə, benzin ehtiyatları 3,4 mln. barel artaraq 205 mln. barelə, mazut və dizel yanacağı ehtiyatları isə 0,3 mln. barel artaraq 150 mln. barelə çatıb. Eyni zamanda, ABŞ-da gündəlik neft hasilatı həftə ərzində 5,358 mln. bareldən 5,273 mln. barelədək azalıb. Bu göstəricilər neft bazarında yüksəlmə tendensiyasının bərpasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR