Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib
# 18 iyun 2009 07:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0722 bənd və ya 6,73% azalaraq 2009-cu ilin iyun ayının 18-nə 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,02% azalaraq 0,9998 təşkil edib.

İyunun 17-də 4 mln. manat həcmində olan not buraxılışı dövriyyədən çıxarılıb və həmin miqdarda yeni buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşmasının dəyişməsi baş verməyib və yeni buraxılış üzrə cari qiymətin ödənilmiş buraxılışın cari qiymətindən aşağı olması səbəbindən ACBDI indeksi bir qədər azalıb. AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR