Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq isə 0,6% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1% enib, Nasdaq isə 0,6% yüksəlib
# 18 iyun 2009 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 8497 bəndədək, S&P 500 0,1% - 910,71 bəndədək enib, Nasdaq isə 0,6% - 1808 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına əsas mənfi təsiri «Standard&Poor’s» reytinq agentliyinin yaydığı məlumat göstərib. Belə ki, agentlik Amerikanın 22 bankının reytinqinin azaldılması barədə qərar qəbul edib. Nəticədə, maliyyə şirkətlərinin səhmləri ucuzlaşıb. Məsələn, «Bank of America»nın səhmləri 3,4%, «Goldman Sachs»ın səhmləri 3%, «JPMorgan»ın səhmləri 2,2%, «Morgan Stanley»nin səhmləri 2,2%, UBS-in səhmləri 1,5%, «Citigroup»un səhmləri 5,2% ucuzlaşıb. İT-sektorunda isə əksinə, kotirovkaların yüksəlməsi müşahidə olunub – «İntel»in səhmləri 1,8%, «Cisco systems»in səhmləri isə 0,6% bahalaşıb.

Avropa fond bazarlarında iyunun 17-də FTSE 100 indeksi 1,2% - 4278,46 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3161,14 bəndədək, Almaniya DAX-ı isə 1,9% - 4799,98 bəndədək enib. Avropa bazarlarında enmə tendensiyalarını bazar iştirakçılarının son aylar ərzində müşahidə olunan kotirovkalarının yüksəlməsinin şirkətlərin real fəaliyyəti, vəziyyəti və mənfəətlərini əks etdirməməsinə dair ehtimalları ilə əlaqələndirmək olar.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3955 dollar (+0,85%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR