Bank Of Baku

Dow Jones indeksi 0,7%, S&P 500 0,8% yüksəlib, Nasdaq isə dəyişməyib

Dow Jones indeksi 0,7%, S&P 500 0,8% yüksəlib, Nasdaq isə dəyişməyib
# 19 iyun 2009 07:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 8556 bəndədək, S&P 500 0,8% - 918,37 bəndədək yüksəlib, Nasdaq isə dəyişməz qalaraq 1808 bənd təşkil edib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına müsbət təsir Barak Obama administrasiyasının maliyyə sektorunun tənzimləmə sistemində islahatların təfərrüatlarının açıqlanması və müəyyən makroiqtisadi göstəricilər olub. Nəticədə, «Bank of America»nın səhmləri 4,9%, «J.P.Morgan»ın səhmləri 4,4%, «Cirigroup»un səhmləri 1,6%, «Wells Fargo»nun səhmləri isə 2,6% bahalaşıb.

Avropa fond bazarlarında iyunun 18-də FTSE 100 indeksi 0,1% - 4280,86 bəndədək, Fransa CAC-40-ı 1% - 3194,06 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 4837,48 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi əsasən korporativ xəbərləri nəticəsində baş verib. Məsələn, ekspetlərin qiymətli kağızlar üzrə tövsiyələrin müsbətə doğru dəyişməsi «ING» maliyyə şirkətinin səhmlərini 8%, «Aegon» sığorta şirkətinin səhmlərini 7,3% bahalaşdırıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3903 dollar (-0,37%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR