Bank Of Baku

Bu gün BFB-da 10204422S seriyalı 3 014,8 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10204422S seriyalı 3 014,8 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 19 iyun 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10204422S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 014 800 manat təşkil edib. Sifariş 99,36% (gəlirlik 2,58%) qiymətdə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 99,36% (gəlirlik 2,58%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 014,8 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin sentyabrın 18-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR