Bank Of Baku

Neft ucuzlaşıb

Neft ucuzlaşıb
# 22 iyun 2009 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,82 dollar və ya 2,6% azalaraq 1 barelə görə 69,55 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 19-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,07 dollar azalaraq 69,11 dollar təşkil edib.

Neft bazarının iştirakçıları arasında dünyada iqtisadi geriləmənin nəticəsində neftə tələbatın artmasına dair perspektivlərin qiymətləndirilməsi yenidən mənfiyə doğru dəyişib. Bu da iyunun 19-da neftin ucuzlaşmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR