Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,3%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,3%, Nasdaq isə 1,1% yüksəlib
# 22 iyun 2009 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8540 bəndədək enib, S&P 500 0,3% - 921,23 bəndədək, Nasdaq isə 1,1% 1827 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında «Bank of America»nın səhmləri 2,5%, «Citigroup»un səhmləri 1,3%, «General Electric»in səhmləri 1,1%, «Apple»in səhmləri 2,6%, «Microsoft»un səhmləri 2,4% bahalaşıb.

Avropa fond bazarlarında iyunun 19-də FTSE 100 indeksi 1,5% - 4345,93 bəndədək, Fransa CAC-40-ı 0,9% - 3221,27 bəndədək, Almaniya DAX-ı isə 0,04% - 4839,46 bəndədək yüksəlib. ABŞ-ın fond bazarındakı kimi Avropada kotirovkaların dəyişməsinə əsasən şirkətləri barədə korporartiv məlumatlar təsir edib. Avropanın maliyyə sektorunda «Barclays», «Banco Santander», «Standard Chartered», «Credit Agricole» və «Societe Generale»in səhmləri 1,2%-dən 5%-dək bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3910 dollar (+0,05%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR