Bank Of Baku

AGBI indeksi 1,0206, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0206, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 22 iyun 2009 07:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0204 bənd və ya 2,04% artaraq 2009-cu ilin iyun ayının 22-nə 1,0206 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

İyunun 19-da ümumi həcmi 3 014 800 manat olan dövlət istiqrazlarının bir buraxılışı yerləşdirilib ki, bu da bazarın kapitallaşmasının və nəticədə, AGBI indeksinin artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR