Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 23 iyun 2009 06:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 22-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,62 dollar və ya 3,8% azalaraq 1 barelə görə 66,93 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 22-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,21 dollar azalaraq 66,98 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb Dünya Bankının dünya iqtisadiyyatına dair yenilənmiş proqnozlarının açıqlanması olub. Belə ki, mart ayında dünya iqtisadiyyatının cari ildə geriləmə səviyyəsini 1,7% həddində proqnozlaşdıran Dünya Bankının yeni proqnozuna əsasən, bu göstəricinin 2,9%-dək artacağı gözlənilir. Proqnozun mənfiyə doğru dəyişməsinin əsas səbəb isə Dünya Bankının inkişafda olan ölkələrdən kapitalın çıxarılması və aktivlərin dəyərdən düşməsi barədə ehtimallarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR