Bank Of Baku

Dow Jones indeksi 2,3%, S&P 500 3%, Nasdaq isə 3,3% enib

Dow Jones indeksi 2,3%, S&P 500 3%, Nasdaq isə 3,3% enib
# 23 iyun 2009 06:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 22-də Amerika fond bazarında Dow Jones indeksi 2,3% - 8339 bəndədək, S&P 500 3% - 893,04 bəndədək, Nasdaq isə 3,3% 1766 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə səbəb olan əsas amil Dünya Bankının dünya iqtisadiyyatına dair yenilənmiş proqnozlarını açıqlaması olub. Belə ki, mart ayında dünya iqtisadiyyatının cari ildə geriləmə səviyyəsini 1,7% həddində proqnozlaşdıran Dünya Bankı yeni proqnozunu 2,9%-ə çatdırıb. Nəticədə, əksər şirkətlərin səhmləri ucuzlaşıb. O cümlədən, «Exxon»un səhmləri 3,2%, «Conoco»nun səhmləri 5,8%, «General Electric»in səhmləri 4,7%, «Bank of America»nın səhmləri 9,7%, «Citigroup»un səhmləri 5,4%, «Apple»in səhmləri 1,5%, «Microsoft»un səhmləri 3,3%, «İntel»in səhmləri 2,1%, «Cisco Systems»in səhmləri 2,7% ucuzlaşıb.

Dünya Bankının proqnozu Avropa bazarlarına da mənfi təsir göstərib: FTSE 100 indeksi 2,6% - 4234,05 bəndədək, Fransa CAC-40-ı 3% - 3123,25 bəndədək, Almaniya DAX-ı isə 3% - 4693,40 bəndədək enib. Nəticədə, «Royal Bank of Scotland»ın səhmləri 3,3%, «Societe Generale»in 3,7%, «Natixis»in 7,6%, «Commerzbank»ın 7%, BP-nin 3,8%, «Royal Dutch Shell»in 4%, «Repsol»un 3,2%, «Total»in 3,3%, «StatoilHydro»nun səhmləri 7,8% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3847 dollar (-0,45%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR