Bank Of Baku

Bu gün BFB-da 10304522S seriyalı 2 027,2 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bu gün BFB-da 10304522S seriyalı 2 027,2 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 23 iyun 2009 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304522S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 2 027 200 manat təşkil edib. Sifariş 98,41% (gəlirlik 3,24%) – 98,40% (gəlirlik 3,26%) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,40% (gəlirlik 3,26%), orta ölçülmüş qiyməti isə 98,41% (gəlirlik 3,24%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 027,2 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin dekabrın 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR