Bank Of Baku

Neft yenidən bahalaşır

Neft yenidən bahalaşır
# 24 iyun 2009 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyun 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,74 dollar və ya 2,6% artaraq 1 barelə görə 69,24 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 23-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,82 dollar artaraq 68,80 dollar təşkil edib.

Neftin bahalaşması ilk növbədə ABŞ-da xam neft ehtiyatlarının ötən həftə azalması barədə məlumatların açıqlanması ilə əlaqəlidir. Belə ki, Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ölkədə xam neft ehtiyatları 72 min barel azalıb, benzin ehtiyatları isə 3,693 mln. barel, mazut və dizel yanacağı ehtiyatları 2,343 mln. barel artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR