Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,1% enib
# 24 iyun 2009 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 8323 bəndədək enib, S&P 500 0,2% - 895,10 bəndədək yüksəlib, Nasdaq isə 0,1% - 1765 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında iyunun 23-də həm ticarətin həcmləri, həm bazar iştirakçılarının ümumi fəallığının aşağı səviyyədə olması müşahidə edilib ki, bunun da əsas səbəbi investorlar tərəfindən Federal Ehtiyat Sisteminin bu gün keçiriləcək iclasının nəticələrini gözləməsidir.

Makroiqtisadi göstəricilər isə investorlar tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, may ayında ABŞ-ın təkrar mənzil bazarında satış həcminin ardıcıl iki ay artmasına baxmayaraq, bunun analitiklərin gözləmələrindən hələ də aşağı olması bazara lazımi səviyyədə müsbət təsir göstərməyib.

Avropa bazarlarına iyunun 23-də FTSE 100 indeksi 0,1% - 4230,02 bəndədək, Fransa CAC-40-ı 0,1% - 3116,82 bəndədək enib, Almaniya DAX-ı isə 0,3% - 4707,15 bəndədək yüksəlib. Avropa bazarlarında da passivlik və kotirovkaların sabitliyi müşahidə olunub. Avropa investorları da Federal Ehtiyat Sisteminin hər hansı yeni addım atıb-atmamasını gözləyirlər. Həmçinin, Avropa Mərkəzi Bankının kreditlər üzrə faiz dərəcələrinin aşağı salmaq niyyətində olması barədə bəyanat da bazara «gözləmək» siqnalı verib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4091 dollar (+1,76%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR