Bank Of Baku

AGBI indeksi 1,0413, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0413, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 24 iyun 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0411 bənd və ya 4,2% artaraq 2009-cu ilin iyun ayının 24-nə 1,0413 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməyib və 1,0000 təşkil edib.

İyunun 23-də məcmu həcmi 7 002 200 manat olan üç dövlət istiqrazları buraxılışı yerləşdirilib ki, bu da bazarın kapitallaşmasını artıraraq AGBI indeksinin yüksəlməsinə səbəb olub.

Notlar üzrə ilkin bazarda heç bir əməliyyatların aparılmaması səbəbindən ACBDI indeksi dəyişməz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR