Bank Of Baku

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan Mərkəzi Bankının 4 mln. manatlıq notları yerləşdirilib
# 24 iyun 2009 12:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50102421S seriyalı, ümumi həcmi 5 mln. manat, hərraca çıxarılan həcmi 4 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 5,802 mln. manat təşkil edib. Sifarişlər 99,92% (gəlirlik 1,03%) – 99,88% (gəlirlik 1,54%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,89% (gəlirlik 1,42%), orta ölçülmüş qiyməti isə 99,91% (gəlirlik 1,16%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 4 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin iyulun 22-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR