Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 4,480 mln. dollarlıq əqd bağlanıb

Bu gün BBVB-nin valyuta bölməsində 4,480 mln. dollarlıq əqd bağlanıb
# 24 iyun 2009 14:33 (UTC +04:00)
BBVB-dən «APA-Economics»ə verilən məlumata əsasən, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,8041 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 648 200 manat təşkil edib, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 953 720 manat, manatın orta məzənnəsi isə 0,8041 AZN/$1 təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 4,480 mln. dollar və ya 3 601 920 AZN təşkil edib. Orta hesabla hər sövdələşmənin payına 1 493 333 dollar düşür.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 15,83%, ABŞ dolları üzrə isə illik 15,43% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR