Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 25 iyun 2009 06:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 0,57 dollar və ya 0,8% azalaraq 1 barelə görə 68,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyunun 24-də ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,47 dollar azalaraq 68,33 dollar təşkil edib.

Neftin ucuzlaşmasını ABŞ-ın fond bazarında ardıcıl artıq dördüncü ticarət günü əsas indekslərin enməsi ilə əlaqələndirmək olar ki, bu amil də neft bazarı iştirakçıları tərəfindən ölkə iqtisadiyyatında vəziyyətin hələ də yumşalmaması əlaməti kimi qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR