Bank Of Baku

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,6%, Nasdaq isə 1,5% yüksəlib

Dow Jones indeksi 0,3% enib, S&P 500 0,6%, Nasdaq isə 1,5% yüksəlib
# 25 iyun 2009 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 8301 bəndədək enib, S&P 500 0,6% - 900,94 bəndədək, Nasdaq isə 1,5% - 1792 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, Federal Ehtiyat Sisteminin iyunun 24-də keçirilən iclasın nəticələri investorların gözləmələrini doğruldub. Belə ki, iclasın nəticəsində faiz dərəcələrinin dəyişməyəcəyi barədə qərarın qəbul edilməsi ilə yanaşı ölkədə iqtisadi geriləmənin müəyyən dərəcədə zəifləməsi barədə bəyanatlar səslənib. ABŞ-ın fond bazarında «General Electric»in səhmləri 0,9%, «Motorola»nın səhmləri 1%, «Oracle Corporation»ın səhmləri 7%, «ETrade Financial Corp.»un səhmləri 1,7% bahalaşıb.

Avropa bazarlarına iyunun 24-də FTSE 100 indeksi 1,2% - 4279,98 bəndədək, Fransa CAC-40-ı 2,2% - 3184,76 bəndədək, Almaniya DAX-ı isə 2,7% - 4836,01 bəndədək yüksəlib. Beləliklə, Avropa bazarlarında da fəalsızlıq və kotirovkaların sabitliyi müşahidə olunub. Avropa fond bazarlarında «Barclays», «BNP Paribas», «Deutsche Bank», HSBC, «Lloyds», «Societe Generale» və UBS kimi maliyyə qurumların səhmləri 1,1-6,6%, «Anglo American», «Antofagasta», «BHP Billiton», «Eurasian Natural Resources», «Rio Tinto» və «Xstrata» kimi iri dağ-mədən şirkətlərinin səhmləri 3,3-10,1% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3964 dollar (-0,9%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR