Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9998 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 0,9998 təşkil edib
# 25 iyun 2009 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0412 bənd və ya 3,96% azalaraq 2009-cu ilin iyun ayının 25-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0002 bənd və ya 0,02% azalaraq 0,9998 təşkil edib.

İyunun 24-də həcmi 4 mln. manat olan not buraxılışı dövriyyədən çıxarılıb və həmin miqdarda bir buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması dəyişməz qalıb, lakin yeni buraxılışın cari qiyməti aşağı olduğundan, ACBDI indeksinin bir qədər azalması müşahidə olunub.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR