Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 29 iyun 2009 06:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 1,07 dollar və ya 1,5% azalaraq 1 barelə görə 69,19 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 26-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,86 dollar azalaraq 68,92 dollar təşkil edib.

Neftin qiymətinin azalması dünya iqtisadiyyatının bərpası və bununla bağlı neftə olan tələbatın tez bir zamanda artacağı barədə perspektivlərin neft bazarının iştirakçıları tərəfindən az ehtimal etdiyini göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR