Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% enib, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,2% enib, Nasdaq isə 0,4% yüksəlib
# 29 iyun 2009 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 8438 bəndədək, S&P 500 0,2% - 918,90 bəndədək enib, Nasdaq isə 0,4% - 1838 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, indekslərin enməsi bir sıra makroiqtisadi göstəricilərin mənfi olması ilə bağlıdır. Məsələn, ABŞ-da istehlak barədə rəsmi məlumatlar açıqlanıb və bu məlumatlara əsasən, mayda əhalinin gəlirlərinin artım tempi xərclərin artım tempini nəzərə çarpan dərəcədə üstələyib (müvafiq olaraq 1,4% və 0,3%). Bu nisbət bazar iştirakçıları tərəfindən neqativ qarşılanıb, çünki o, əhalinin xərclərinin ehtiyatla qurulduğunu əks etdirir ki, bu da iqtisadiyyatın bərpasından əminliyin aşağı səviyyədə olmasının göstəricisidir.

Avropa bazarlarına iyunun 26-da FTSE 100 indeksi 0,3% - 4241,01 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3129,73 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 4776,47 bəndədək enib.

Avropa bazarlarında kotirovkaların enməsi əsasən farmasevtik, neft və maliyyə şirkətlərinin səhmləri üzrə müşahidə olunub ki, bu da öz növbəsində həm korporativ xəbərlər, o cümlədən analitiklərin səhmlərə dair mənfi tövsiyələri, həm də makroiqtisadi göstəricilərlə bağlı olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4032 dollar (+04,9%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR