Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,3% yüksəlib
# 30 iyun 2009 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 29-da Amerika fond bazarında Dow Jones indeksi 1% - 8529 bəndədək, S&P 500 0,9% - 927,23 bəndədək, Nasdaq isə 0,3% - 1844 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, hesabat dövrünün sona çatması ərəfəsində portfel investorları alışı artırıb ki, bu da kotirovkaların müəyyən dərəcədə artmasına səbəb olub. İyunun 29-da bazara təsir edə biləcək makroiqtisadi göstəricilər dərc olunmayıb, dərc olunan korporativ xəbərlərə isə investorlar ehtiyatla yanaşıblar.

Avropa bazarlarına iyunun 29-da FTSE 100 indeksi 1,3% - 4294,03 bəndədək, Fransa CAC-40-ı 2% - 3193,68 bəndədək, Almaniya DAX-ı isə 2,3% - 4885,09 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların yüksəlməsi banklar, neft və tikinti şirkətləri üzrə müşahidə olunub. «Lloyds» bank qrupunun səhmləri 5,5%, «BNP Paribas», «Banco Santander» və «Barclays»ın səhmləri 2,7-4,1%, BP və «Shell»in səhmləri 2,1%, İspaniyanın iri tikinti şirkəti olan «Grupo Ferrovial»ın səhmləri 5,5%, dünyanın ən iri sement istehsalçılardan biri olan «Holcim»in səhmləri 3,3% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4111 dollar (+0,56%) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR