Bank Of Baku

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 30 iyun 2009 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyunun 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,33 dollar və ya 3,4% artaraq 1 barelə görə 71,49 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, iyunun 29-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,07 dollar artaraq 70,99 dollar təşkil edib.

İyunun 29-da ABŞ və Avropa fond bazarlarında müşahidə olunan kotirovkaların yüksəlməsi neft bazarına da müsbət təsir edib. Ümumilikdə, neftin qiymətinin artıq uzun müddət ərzində 70 dollar ətrafında dəyişməsi həmin göstəricinin hazırda real qiymət olduğunu göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR