Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 0,8%, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,9%, S&P 500 0,8%, Nasdaq isə 0,5% enib
# 01 iyul 2009 07:12 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İyunun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 8448 bəndədək, S&P 500 0,8% - 919,32 bəndədək, Nasdaq isə 0,5% - 1835 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da istehlak etimadı indeksi iyun ayında 5,5 bənd azalaraq 49,3 bəndə düşüb. Həmin indeks analitiklərin gözləmələrindən (57 bənd) daha aşağı olub. Bu makroiqtisadi göstərici iyunun 30-da bazara təsir edən əsas mənfi amil olub.

Avropa bazarlarında iyunun 30-da FTSE 100 indeksi 1% - 4249,21 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3140,44 bəndədək, Almaniya DAX-ı isə 1,6% - 4808,64 bəndədək enib. Avropa bazarlarında «Total», «Royal Dutch Shell», «Repsol» və «StatoilHydro»nun səhmləri 1,2-1,7%, «Daimler»in səhmləri 2,1%, «Volkswagen»in səhmləri 4%, «BNP Paribas», «Deutsche Bank», HSBC və «Societe Generale»in səhmləri isə 1,7-2,9% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4037 dollar (-0,52%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR