Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 02 iyul 2009 07:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 1-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,58 dollar və ya 0,8% azalaraq 1 barelə görə 69,31 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, iyulun 1-də ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,51 dollar azalaraq 68,79 dollar təşkil edib.

Neftin ucuzlaşması ABŞ və Avropa fond bazarlarında kotirovkaların və ABŞ-da xam neft ehtiyatlarının artması fonunda baş verib ki, bu da müəyyən dərəcədə qeyri-məntiqlidir, çünki adətən, belə hallarda qiymət dinamikası əks istiqamətli olur. Buna görə, ehtimal etmək olar ki, neftin ucuzlaşması makroiqtisadi amillərlə deyil, texniki səbəblər, yəni fyuçers kontraktlarının satışının çoxalması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR