Bank Of Baku

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib

AGBI indeksi 1,0002, ACBDI indeksi isə 0,9998 təşkil edib
# 02 iyul 2009 07:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi dəyişməyib və 2009-cu ilin iyul ayının 2-nə 1,0002 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,0002 bəndə və ya 0,02% azalaraq 0,9998 təşkil edib.

İyulun 1-də həcmi 4 mln. manat olan not buraxılışı dövriyyədən çıxarılıb və həmin miqdarda bir buraxılış yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması dəyişməz qalıb. Lakin yeni buraxılışın cari qiyməti aşağı olduğundan, ACBDI indeksinin bir qədər azalması müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR