Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında şirkət 2 müştəriyə ümumi dəyəri 38 714 935,42 manat olan broker xidmətləri göstərib.
İkinci yeri 2 müştəriyə ümumi həcmi 16 737 031,26 manat olan broker xidmətləri göstərmiş «Brokdil-Az» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 2,3 dəfə azdır.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 10 476 713,72 manatla «BoB-Broker» qərarlaşıb.
Qeyd edək ki, iyun ayında brokerlərin renkinqində (sıralanmasında) maksimal məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə 6,9% artıb. Belə ki, may ayında göstərilmiş broker xidmətlərin maksimal məbləği 36 196 400,02 manat təşkil edib.
Mövqe | Mövqe | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatlarının həcmi (AZN) |
1 | 1 | UniCapital | 17 | 2 | 38 714 935,42 |
2 | 3 | Brokdil-Az | 13 | 2 | 16 737 031,26 |
3 | 2 | BoB Broker | 6 | 1 | 10 476 713,72 |
4 | 5 | Texnika Capital Management | 11 | 2 | 7 082 493,60 |
5 | 4 | Chealse Capital | 8 | 2 | 4 755 689,34 |
6 | 8 | Respublika İnvest | 4 | 1 | 3 812 893,66 |