Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 2,9%, Nasdaq isə 2,6% enib

Dow Jones indeksi 2,6%, S&P 500 2,9%, Nasdaq isə 2,6% enib
# 03 iyul 2009 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 2-də Amerika fond bazarında Dow Jones indeksi 2,6% - 8281 bəndədək, S&P 500 2,9% - 896,42 bəndədək, Nasdaq isə 2,6% - 1797 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, ABŞ-da iyunda iş yerlərinin sayı (kənd təsərrüfatı sektoru istisna olmaqla) 467 min azalıb. İşsizlik səviyyəsi 0,1 faiz bəndi artıb və 9,5% təşkil edərək 10%-lik həddə yaxınlaşıb. Bu, son 25 il ərzində ən yüksək göstəricidir.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 2,45% - 4234,27 bəndədək, Fransa CAC-40-ı 3,13% - 3116,41 bəndədək, Almaniya DAX-ı isə 3,81% - 4718,49 bəndədək enib. Qeyd edək ki, Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz – 1% səviyyəsində saxlayıb ki, bu da analitiklərin proqnozları ilə üst-üstə düşüb. Hərracın gedişində «Volkswagen» konserninin səhmləri 7,8%, «Daimler»in 5,5%, «Total»ın 3,8% və «Royal Dutch/Shell»ın 3,3% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3983 dollar (+0,02%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR