Bank Of Baku

Britaniya FTSE 100 indeksi 0,05%, Fransa CAC-40-ı 0,10% yüksəlib, Almaniya DAX-ı isə 0,22% enib

Britaniya FTSE 100 indeksi 0,05%, Fransa CAC-40-ı 0,10% yüksəlib, Almaniya DAX-ı isə 0,22% enib
# 06 iyul 2009 07:31 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 3-də Avropa fond bazarlarında Britaniya FTSE 100 indeksi 0,05% - 4236,28 bəndədək, Fransa CAC-40-ı 0,10% - 3119,51 bəndədək yüksəlib, Almaniya DAX-ı isə 0,22% - 4708,21 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, hərracın gedişində hasilat sektorunda fəaliyyət göstərən «Xstrata» şirkətinin səhmləri 1,4%, «BHP Billiton»un 1%, «Rio Tinto»nun 0,4%, «Eurasian Natural»ın 0,3% ucuzlaşıb. Neftin qiymətinin düşməsi nəticəsində «Tullow Oil» şirkətinin qiymətli kağızları 1,5%, «Royal Dutch Shell»ın 0,7%, BP-nin 0,4% ucuzlaşıb.

Bununla belə, bank sektorunda kotirovkaların yüksəlişi qeydə alınıb. Belə ki, «Barclays»ın səhmləri 2,8%, «Banco Santander»in 2,2%, «BNP Paribas»ın 2%, HSBC-in 1,7%, «Deutsche Bank»ın 1,7% bahalaşıb.

Qeyd edək ki, ABŞ-da Müstəqillik Günü ərəfəsində hərraclar keçirilməyib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3979 dollar (– 0,03%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR