Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,5% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,2% yüksəlib, Nasdaq isə 0,5% enib
# 07 iyul 2009 07:26 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 8325 bəndədək, S&P 500 0,2% - 898,72 bəndədək yüksəlib, Nasdaq isə 0,5% - 1787 bəndədək enib. «APA-Economics»in məlumatına görə, neftin ucuzlaşması fonunda «Exxon Mobil» şirkətinin səhmləri 1,3%, «Chevron»un səhmdəri 0,4% ucuzlaşıb.

ABŞ-ın xidmət sahəsində işgüzar fəallıq indeksi iyunda 3 bənd artaraq 47 bəndədək yüksəlib. Bununla belə, indeksin 50 bənd səviyyəsindən aşağı olması qeyri-sənaye sektorunda fəallığın azalmasını göstərir.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,98% - 4194,91 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3082,16 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 4651,82 bəndədək enib. Hərracın gedişində «BHP Billiton» şirkətinin səhmləri 4,3%, «Rio Tinto Group»un 7%, «Porsche»nin 3,1%, «Societe Generale»nin 1,7% ucuzlaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3979 dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR