Bank Of Baku

Dünya neft bazarında qiymətlər dəyişkənlik nümayiş etdirir

Dünya neft bazarında qiymətlər dəyişkənlik nümayiş etdirir
# 07 iyul 2009 07:38 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 2,68 dollar azalaraq 1 barelə görə 64,05 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,56 dollar azalaraq 64,05 dollar təşkil edib.

Qeyd edək ki, hərraca bazar iştirakçılarının ABŞ-da neft ehtiyatlarının artacağı barədə proqnozları və dünya maliyyə böhranının hələ də davam etməsinə işarə edən makroiqtisadi göstəricilər təsir edir.

Lakin bu gün səhər saatlarında WTI neftinin fyuçersləri 0,39% - 1 barelə görə 64,3 dollar, Brent markalı neftin 1 barelinin dəyəri isə 0,67% - 64,48 dollaradək yüksəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR