Bank Of Baku

BFB-da 10104622S seriyalı 2 200,6 min manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10104622S seriyalı 2 200,6 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 07 iyul 2009 14:54 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10104622S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi məbləği 18 161,2 min manat təşkil edib. Sifarişlər 99,76% (gəlirlik – 2,51%) – 99,83% (gəlirlik – 1,78%) qiymət intervalında təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətlər 99,83% (gəlirlik - 1,78%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 2 200,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən avqustun 11-də icra olunacaq, istiqrazların tədavül müddəti isə 35 gündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR