Bank Of Baku

BFB-da 10504722S seriyalı 3 mln. manatlıqn DQİ emissiyası yerləşdirilib

BFB-da 10504722S seriyalı 3 mln. manatlıqn DQİ emissiyası yerləşdirilib
# 07 iyul 2009 14:57 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10504722S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata gör, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 3 mln. manat təşkil edib. Sifariş 97,10% (gəlirlik - 2,99%) qiymətlə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 97,10% (gəlirlik – 2,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin iyulun 6-da icra olunacaq, istiqrazların tədavül müddəti isə 364 gündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR