Bank Of Baku

Dow Jones indeksi 1,9%, S&P 500 1,9%, Nasdaq isə 2,3% enib

Dow Jones indeksi 1,9%, S&P 500 1,9%, Nasdaq isə 2,3% enib
# 08 iyul 2009 07:30 (UTC +04:00)
Bakı - APA-Economics. İyulun 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 8163 bəndədək, S&P 500 1,9% - 881,03 bəndədək, Nasdaq isə 2,3% - 1746 bəndədək enib. «APA-Economics»in məlumatına görə, indekslərin azalması neftin ucuzlaşması və sərmayəçilərin dünya iqtisadiyyatının bərpa olunmasına dair mənfi proqnozları fonunda baş verib.

Avropa bazarlarında Britaniya FTSE 100 indeksi 0,19% - 4187,00 bəndədək, Fransa CAC-40-ı 1,09% - 3048,57 bəndədək, Almaniya DAX-ı isə 1,15% - 4598,19 bəndədək enib. Hərraca makroiqtisadi göstəricilər təsir göstərib. Belə ki, Böyük Britaniyada sənaye istehsalının həcmi may ayında əvvəlki aya nisbətən 0,5% düşüb, halbuki analitiklər bu göstəricinin 0,2% artacağını proqnozlaşdırırdılar.

Neft sektorunda fəaliyyət göstərən «Total» şirkətinin səhmləri 1,2%, «Royal Dutch Shell»ın 0,4%, «Cairn Energy»nin 1,3%, «Repsol»un 1,6% ucuzlaşıb. Sement istehsalçıları olan «Lafarge» və «Holcim»in qiymətli kağızları müvafiq olaraq 1,6% və 0,9% dəyərdən düşüb.

Buna baxmayaraq, maliyyə sektoru üçün sessiya uğurlu keçib – «Standard Chartered»in səhmləri 1,8%, «Barclays»ın 1,1%, «BNP Paribas»ın 1,2%, «Commerzbank»ın 0,9% bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3887 dollar (-0,66%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR