Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 08 iyul 2009 08:01 (UTC +04:00)
Bakı – APA-Economics. İyulun 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,12 dollar azalaraq 1 barelə görə 62,93 dollar təşkil edib. «APA-Economics»in məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar azalaraq 63,23 dollar təşkil edib.

«Qara qızıl»ın qiymətini hətta ABŞ-ın Neft İnstitutunun kommersiya ehtiyatlarının azalması barədə hesabatı da dayandıra bilməyib. Belə ki, hesabata əsasən, iyunun 26-dan iyulun 1-dək ölkədə neft ehtiyatları 1,398 mln. barel - 348,347 mln. barelədək azalıb. Benzin ehtiyatları isə bu müddət ərzində 767 min barel - 212,363 mln. barelədək artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR